Türkiyə artilleriyası terrorçuları 2 istiqamətdən vurdu
19-02-2018 16:18
Baxış sayı:
8590

Türkiyə ordusu Şimali İraqın Zap bölgəsində və Hakkari Yüksəkovada 4 terrorçunu məhv edib.
Muxalifət.az xəbər verir ki, məhv edilən terrorçular kəşfiyyat və müşahidə texnikalarının vasitəsilə müəyyən edilib və sərhəd məntəqələrinə hücuma hazırlaşdıqları bəlli olub.
Dərhal reaksiya verən türk ordusu təyin edilən mövqeləri artilleriya atəşinə tutub, nəticədə Zap bölgəsində 1, Hakkaridə isə 3 terrorçu zərərsizləşdirilib.