Türkiyə F-35 proqramından nə vaxt tam kənarlaşdırılacaq?

Baxış sayı:
10974

Türkiyənin F-35 proqramında iştirakı dayandıracağı vaxt açıqlanıb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə bu addımı 2020-ci ilin martında atacaq və bu məlumatı jurnalistlərə ABŞ müdafiə nazirinin müavini Ellen Lord deyib.
Onun sözlərinə görə, ABŞ 2018-ci ildən təxminən 900 komplekt hissənin tədarükünü həyata keçirəcək alternativ ölkənin axtarışı ilə məşğul olub, buna görə də Türkiyənin proqramdan kənarlaşdırılması onun icrasına minimal təsir göstərəcək. Buna qədər həmin 900 hissənin çatdırılmasını Türkiyə öz öhdəliyinə götürmüşdü.