Türkiyə hərəkətə keçdi: Kiprdə hərbi bazalar yaradılır

Şərqi Aralıq dənizinin təhlükəsizliyi üçün adada dəniz və hava bazası qurulması ilə bağlı işlər davam edir. Hava bazası mövzusunda Keçidqalanın yenidən açılması planlanarkən, dəniz bazası üçün isə yerin müəyyənləşdirilməsi demək olar ki, tamamlanıb.
Türkiyə Suriyadakı müharibəni bəhanə edərək bütün ölkələrin hərbi varlığını artırdığı və başda Yunanıstan ilə Cənub Kipr Yunan Rəhbərliyi (GKRY) olmaqla, “oldu-bitdi” cəhdlərinə səhnə olan Şərqi Aralıq dənizində suverenlik haqqlarını məhdudlaşdıracaq hərəkətlərə qarşı planlaşdırmalar edir. Bu istiqamətdə Dəniz Qüvvələri Komandanlığı tərəfindən Xarici İşlər Nazirliyinə təqdim edilən, KKTC-də dəniz bazası qurulması təklifi üzərində çalışılır.
‘SUVEREN BAZA' TƏKLİFİ
Təklifdə KKTC-nin suverenlik haqqlarının mühafizəsində zəmanət olması, KKTC və Türkiyənin Şərqi Aralıq dənizindəki haqq və mənfəətlərinin qorunması, dənizin enerji sahələrindəki işğalları önləyəcək tədbirlərin alınması üzərində dayanılır.
Müzakirələrdə KKTC və Türkiyənin mövqelərinin güclənməsi üçün KKTC-də uyğun bir yerdə dəniz bazası qurulması lazım olduğu vurğulanarkən, Dəniz Qüvvələri Komandanlığı bazanın İngilislərin Yunan Kiprindəki kimi "suveren baza" olaraq təsis edilməsini təklif edir.
Şərqi Aralıq dənizindəki son hadisələrdən sonra Türkiyə bu təkliflər üzərindən iş başladıb. Ankaradan bir hərbi heyət Adaya göndərilib. Fateh qazma gəmisi və Barbaros Heyrətdin Paşa seysmik araşdırma gəmisini qoruyan Türk donanması bölgədə varlıq göstərərkən, donanmanın məntiqi imkan və qabiliyyətlərini artırmaq üçün ‘liman asanlığı' təmin edəcək təsislərin edilməsi planlanır. Bununla bağlı yerin müəyyən olunması da hardasa tamamlanmış vəziyyətdədir.
GƏRGİNLİK XƏTTLƏRİ YER ALTINA
Adaya göndərilən hərbi heyətin işlədiyi mövzulardan biri də hava bazasının qurulmasıdır. Burada da Keçidqalada yarasız vəziyyətdəki hava meydanı önə çıxır. Keçidqala hava meydanı bölgədə təhlükəsizliyi təsis edən Türk əsgərinin ehtiyacları istiqamətində aktiv edilməyə çalışılır.
Daha əvvəl Türk ulduzları və digər hərbi təyyarələrin Kiprə enişlərində istifadə etdikləri Keçidqala Meydanı hələ də maneə səbəbiylə bağlı vəziyyətdədir. Meydanın planlana bilməsi üçün uçuşlarda təhlükə yaradan yüksək gərginlik xətti və elektrik tellərinin yeraltına alınması lazımdır.
Müxalifət.az