Türkiyə ilə ABŞ arasında kritik görüş! İlk açıqlama

Baxış sayı:
8344

Türkiyə Prezidentinin b müşaviri professor Gülnur Aybet ABŞ Xarici İşlər Nazirliyi Terrorla Mübarizə Koordinatoru səfir Nathan Sales ilə görüşüb.
 
Türkiyə Prezidentliyi ictimai əlaqələr rəhbərliyindən görüşlə bağlı edilən açıqlamada, Türkiyə ilə ABŞ-ın strateji ortaqlıq əlaqələrinin təsdiq edildiyi, iki ölkə arasındakı əlaqələr və regional gəlişmələr haqqında fikir mübadiləsində olduğu bildirilib.
Açıqlamada, "İŞİD/PKK/YPG/PYD daxil, bütün terror ünsürlərinə qarşı ortaq mübarizə qətiyyəti və Türkiyənin milli təhlükəsizlik prioritetləri açıq bir şəkildə vurğulanmışdır" ifadəsinə yer verilib.
Müxalifət.az