Türkiyə Liviyada çirkli oyunu pozdu

Baxış sayı:
10816

Liviyada 4 apreldə Milli Razılaşma Hökumətinə (UMH) qarşı əməliyyat başladıb, paytaxt Tripolini ələ keçərməyə çalışan Xəlifə Hafter güclərinin Türkiyə düşmənliyinin səbəbi müəyyən oldu. Fransa, ABŞ, Səudiyyə, BƏƏ və Misirin kuklası olan general Hafterin ölkənin nəzarətini ələ keçərməyə yönəlik cəhdini Liviya hökumətinə 100-dən çox zirehli texnika, pilotsuz İHA və hərbi dəstək verərək pozan Ankara, işğalçı qüvvələr tərəfindən düşmən elan edildi.
 
Livyada Qərblilər və Orta Şərqdəki kuklaları tərəfindən başladılan çirkli oyunu Türkiyə pozdu. Qeyd edək ki, Liviyadakı legitim höküməti BMT, Türkiyə və Qatar tərəfindən dəstəklənir. Fransa, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) və Misirin Liviyadakı kuklası general Hafterin ölkənin idarəsini ələ keçərməyə yönəlik cəhdinə Türkiyə verdiyi dəstəklə mane oldu. Əməliyyatın başlamasından sonra sürətli irəliləyərək paytaxt Tripolidəki beynəlxalq  havalımanını ələ keçərdiyini bəyan edən və irəliləməyə davam edən Hafter qüvvələri Türkiyə və Qatarın Milli Hökumətə  dəstəyi ilə dayandırıldı.
Müxalifət.az