Türkiyə Liviyanı ikinci Suriyaya çevirməyə imkan verməyəcək - TƏCİLİ ORDU GÖNDƏRİLİR

Liviyada general Haftarın terror təşkilatı tərəfindən hücuma məruz qalan Milli Saziş Hökumətinin köməyinə "ordu göndərməyi" təklif edən Türkiyə, sanki dəvət gəlmiş kimi təcili hazırlıq işlərinə başladı. Hökumət Türkiyə Silahlı Qüvvələrini qoşun göndərmək üçün təcili şəkildə lazım olan gəmiləri və təyyarələri hazırlamağa çağırdı. Türkiyə silahlı qüvvələri Haftar üsyançı silahlı qruplarının hücumuna məruz qalan Liviyanın qanuni hökumətinə kömək etməyə hazırdır. Hərbi mənbələr qoşunların Tripoliyə köçürülməsi ilə bağlı prosedurların başlandığını bildirir. Zirehli texnikalar, PUA, tanklar, habelə xüsusi təyinatlılar, sualtı hücum və müdafiə bölmələrini Türkiyənin dəniz qonşusuna aparacaq desant gəmilər hazır dayanıblar. Bundan əlavə, yük təyyarələri və helikopterlər da Misrata uçmağa hazırdır. Mənbələr deyirlər ki, Türkiyə Silahlı Qüvvələrində Fayiz Əs-Sarrajın rəhbərlik etdiyi Milli Saziş Hökumətindən "rəsmi tələbnamə alınmış" kimi hazırlıq gedir. Rusiya, ABŞ, BƏƏ və Misir tərəfindən dəstəklənən Haftar hücumu gücləndirməkdə ikən, Ankara vaxta qənaət etmək istəyir. Dəvət gələn kimi, ilk addım xüsusi təyinatlı qüvvələrin, avadanlıqların və döyüş sursatlarının təhvil verilməsi üçün desant gəmilərinin göndərilməsi olacaqdır. Dohada həqiqət anı İki gün əvvəl, dekabrın 14-də Əs-Saraj Qətərin paytaxtı Dohada Türkiyənin müdafiə naziri Hulusi Akar və Türkiyənin XİN-i Mövlud Çavuşoğlu ilə görüşdü. Türk ordusunun göndərilməsi üçün yazılı tələbin Türkiyəyə rəsmi şəkildə təqdim edilib-edilmədiyi hələ bilinmir. Lakin bu tələbin Liviyaya hərbi köçürmə başlanan kimi beynəlxalq ictimaiyyətə elan olunması mümkündür. Prezident Ərdoğan, onlarla ölkənin dəstəklədiyi Haftar terror təşkilatı tərəfindən hücuma məruz qalan Liviya Milli Razılığı Hökumətindən belə bir tələb gələcəyi təqdirdə, Türk hərbi qüvvələrinin Liviyaya göndərilə biləcəyini söylədi. Çərşənbə günü təsdiqlənəcək Türkiyə, Şərqi Aralıq dənizində dəniz bölgələrinin delimitasiyası ilə bağlı razılaşmanın BMT-də qeydiyyata alınmasını istəyir və Liviya ilə imzalanan ikinci sənəd - təhlükəsizlik və hərbi əməkdaşlıq haqqında sazişin reaktiv sürətlə təsdiq olunma prosesini başlayır. 14 dekabr axşamı Türkiyə Böyük Millət Məclisinə (VNST) təqdim edilən razılaşmanın Xarici İşlər Komissiyası tərəfindən nəzərdən keçiriləcək və 18 dekabrda TBMM Baş Məclisində təsdiqlənəcəyi gözlənilir. Məlum olduğu kimi, bu sənədin əhəmiyyəti nəzərə alınaraq beynəlxalq işlər komissiyasında müzakirə olunacaq. Türkiyə BMM 2020-ci ilin büdcəsinin təsdiqlənməsi üçün səsvermədən həmən sonra, bu müqavilə təcili şəkildə müzakirə olunacaq. Əməkdaşlıq sahələri Təhlükəsizlik və hərbi təlim sahəsində əməkdaşlığı nəzərdə tutan memorandumun mətnində aşağıdakı əməkdaşlıq istiqamətləri sadalanır: birgə təlimlərdə iştirak, terror və qanunsuz miqrasiya ilə mübarizə, kəşfiyyat mübadiləsi və əməliyyat əməkdaşlığı, hərbi tibbi xidmətlər, sülhməramlı əməliyyatlar, humanitar yardım və quldurluğa qarşı mübarizə, hərbi tarix sahəsində məlumat mübadiləsi, arxiv sənədləri, nəşrlər, logistika sahəsində mübadilə, xüsusilə, tərəflərdən birinin istəyi olduqda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq ofisinin yaradılması, hərbi hüquq sahəsində məlumat mübadiləsi. Kiminsə hansısa problemi varsa, qoy bizə gəlsin Türkiyənin XİN Mövlud Çavuşoğlu, parlamentdəki jurnalistlərin suallarını cavablandıraraq dedi: “Ordu göndərmək başqa şeydir. Bu yaxınlarda hörmətli prezidentimiz dedi: "Liviya tərəfi belə bir istəklə bizə müraciət etsə, nəzərə alacağıq". Bu razılaşmadan asılı olmayaraq, keçmişdə Liviya ilə hərbi və təhlükəsizlik sahələrində bağladığımız oxşar müqavilələrimiz var". Ankaradakı Türk millət vəkili və Türkiyənin Liviya üzrə xüsusi nümayəndəsi Emrullah İşler də imzalanan memorandumu şərh etdi: “Uzun illərdir ki, Aralıq dənizinin ədalətli bölüşdürülməsinin tərəfdarı olduğumuzu deyirik. Ancaq Cənubi Kiprin Yunan rəhbərliyi buna qarşı çıxaraq Misir, Livan və İsrail ilə müqavilələr bağladı. AB müəyyən açıqlamalar verə bilər, lakin onların burada heç bir təsiri yoxdur. Əgər kiminsə hansısa problemi varsa, zəhmət olmasa gəlsinlər və Türkiyəyə nədən narahat olduqlarını bildirsinlər. Biz demirik ki, hər şey bizim olsun. Lakin beynəlxalq qanunla nəzərdə tutulmuş hüquqlarımızı heç kimə verməyəcəyik. Buna görə də bu müqaviləni bağladıq. Cənubi Kiprin Yunan hakimiyyəti istisna olmaqla, bütün ölkələrlə danışıqlar aparmağa hazırıq. Türkiyəyə qarşı düşmənçilik edirlər və Aralıq dənizindəki haqqlarımızı qəsb etmək istəyirlər. Ancaq tək qalsaq da hüquqlarımızı qoruyacağıq. Türkiyədə və ya Liviyada kimsə Liviya - Türkiyə arasında bağlanmış razılaşmaya etiraz edərsə, bu, xəyanətdir ". Liviyalılar üçün vizalar 16 yaşdan yuxarı və 55 yaşdan yuxarı ümumvətəndaş pasportları olan Liviya vətəndaşları Türkiyəni vizasız olaraq turist qismində ziyarət etmək imkanı qazanır. “Resmi Gazete”-də nəşr olunan fərmana əsasən, bu yaş kateqoriyasındakı liviyalılar 180 gün ərzində 90 gün turist kimi Türkiyəyə səfər edə biləcəklər. inosmi.ru Tərcümə etdi: Ülviyyə Şükürova Muxalifet.az