Türkiyə ordusu daha iki şəhid verdi – BİR ƏSGƏR DƏ YARALANIB
18-02-2018 08:09
Baxış sayı:
1990

Türkiyə silahlı qüvvələrinin iki əsgəri həyatını itirib, biri yaralanıb.
Bu barədə Baş Qərargah rəhbərliyinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, hərbçilərdən biri Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" anti-terror əməliyyatı zamanı şəhid olub. Separatçı terror təşkilatı mənsubları tərəfindən Şemdinlidə (Hakkari əyaləti) həyata keçirilən silahlı hücumda isə bir əsgərin şəhid olduğu, digərinin isə yaralandığı deyilir.
Eyni zamanda Afrindəki terror təşkilatı yaraqlılarının mövqelərindən atılan raket, Kocabeyli kəndi yaxınlığında bir evin bağına düşüb. Hadisə zamanı ölən və yaralanan olmayıb.