Türkiyə parlamentinin yeni sədri seçildi

Baxış sayı:
1444

Mustafa Şentop Türkiyə parlamentinin yeni sədri seçilib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gizli səsvermənin birinci və ikinci turlarında namizədlərin heç biri tələb olunan səs toplaya bilməyib.
Üçüncü turda isə AKP-nin (Ədalət və İnkişaf Partiyası) üzvü M. Şentop digər namizədləri üstələyərək parlamentin sədri seçilib.
Qeyd edək ki, parlamentin sədri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasını tərəfindən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri postuna namizəd irəli sürüldüyündən tutduğu vəzifədən istefa verib.