Türkiyə “S-400”-lərin sirrini ABŞ-a verir? – Rus ekspertdən ŞOK İDDİA

Baxış sayı:
4054

“Rusiyada Türkiyəyə “S-400” satışı “diplomatik zəfər” kimi qəbul edilsə də, digər yandan bu sistemlərin texnoloji sirlərinin NATO ölkəsinin əlinə keçəcəyi narahatlığı yaşanır”. Bunu rusiyalı hərbi ekspert Anatoli Tsıqanok deyib. Ekspertin fikrincə, Türkiyəyə “S-400” satışı gəlir əldə etmək və bu sistemə NATO ölkələrindən rəğbət olduğunu göstərərək, rus silahlarının reklam edilməsi baxımından bir fürsətdir: “Lakin məsələnin pis tərəfi də var, bu hava hücumundan müdafiə sistemlərinin texnoloji sirlərinin NATO-ya sızdırılması ehtimalı da yüksəkdir. Yəni, ABŞ bizim bu sistemlərimizin necə işlədiyinin sirrini öyrənə bilər. Bu isə Rusiyanın müdafiə gücünə zərər verəcək”. NATO-nun Türkiyə ilə birgə təlimlərində “S-400”-lərə qarşı hücum texnikasını inkişaf etdirəcəyi ehtimalından danışan Tsıqanok qeyd edib ki, “S-400”-lər Suriya sərhədində yerləşdirilsə, bunlar Rusiyanın bölgədəki hərbi hava qüvvələri üçün ciddi problem yaradacaq./Teleqraf