​Türkiyə və ABŞ generalları arasında KRİTİK TELEFON DANIŞIĞI

Baxış sayı:
11950

Türkiyə Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford arasında telefon danışığı olub.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.
ABŞ Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü polkovnik Patrik Rayder deyib ki, generallar İŞİD-in birdəfəlik məğlubiyyəti daxil olmaqla Suriya mövzusunda danışıqları davam etdiriblər.
Onun sözlərinə görə, Türkiyə və ABŞ NATO-nun kilid üzvləridir və iki ölkə arasında hərbi əlaqələr güclüdür.