Türkiyə 'Yavuz' sondaj gəmisini gödərdi! AB narahat oldu: “Cavab verməyə hazırıq”

Türkiyənin Kiprə ikinci qazma gəmisi olan “Yavuz”u dünən yola salması Avropa Birliyini narahat edib. Avropa Birliyinin dövlət başçıları Kipr açıqlarına karbohidrogen axtarmaq üçün ikinci qazma gəmisini göndərən Türkiyəyə qazma fəaliyyətlərinin "hüquqa zidd" və AB-nin "uyğun cavab verməyə hazır" olduğu xəbərdarlığını edib. Türkiyə dünən ikinci qazma gəmisini təbii qaz və neft axtarmaq üçün üç ay müddətinə Kiprin şərq açıqlarına göndərərkən, öz qitə sahəsi və Türk Kiprinin sahələrində axtarış işlərini fasiləsiz davam etdirəcəyini açıqlayıb. ETİDAL GÖSTƏRMƏLİ AB liderlərinin dünənki son açıqlamasında, "Avropa Şurası bu cür hüquqa zidd hərəkətlərin AB ilə əlaqələrə ciddi mənfi təsirlərini vurğulamaqdadır. Avropa Şurası Türkiyədən etidal göstərməsini istəməkdədir" deyilib. Müxalifət.az