Türkiyədə hərbçilərə hücum: 1 şəhid, 3 yaralı
8-06-2018 21:51
Baxış sayı:
1246

Türkiyənin Bingöl vilayətinin Yedisu rayonunda türkiyəli hərbçilər terrorçuların silahlı hücumuna məruz qalıb.
Muxalifet.az “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir əsgər şəhid olub, üç nəfər yaralanıb.
Hərbçilər məişət tullantılarını hərbi hissədən çıxaran zaman PKK terrorçularının atəşinə tuş gəlib. Əsgərlər atəşlə qarşılıq verib.
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə irimiqyaslı əməliyyat aparılır.