Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı – ONLARLA YARALI VAR
25-02-2018 11:32
Baxış sayı:
1372

Türkiyənin Antalya əyalətində hərbçiləri daşıyan avtobusun aşması nəticəsində azı 23 nəfər xəsarət alıb.
Bu barədə İHA agentliyi xəbər yayıb.
Qəza şənbə günü axşam baş verib. Antalya əyalətində Kestel qəsəbəsi yaxınlığında sürücü idarəetməni itirib və avtobus aşıb.
Hadisə nəticəsində 22 hərbçi və avtobus sürücüsü yaralanıb.
Xəsarət alanlar Antalya xəstəxanalarına yerləşdirilib, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.