Türkiyədə mitinqdən qayıdan polis avtomobili aşıb, 16 NƏFƏR YARALANDI
2-06-2018 11:29
Baxış sayı:
10627

Türkiyənin Bitlis əyalətində polisləri daşıyan mikroavtobusun aşması nəticəsində 16 nəfər yaralanıb.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, yaralı polis əməkdaşları avtomobilin qəzaya uğradığı Tatvan rayonun dövlət xəstəxanasına yerləşdiriliblər.
Polis əməkdaşları Türkiyənin baş naziri Binəli Yıldırımın Batmanda keçirdiyi mitinqdən qayıdırmış.
Hadisə Tatvan-Van avtomobil yolunun Yelkenli kəndi hissəsində baş verib.