​Türkiyədə PARTLAYIŞ: Yaşayış binası dağıldı

Baxış sayı:
2458

Türkiyənin cənubunda Qaziəntəp vilayətində yaşayış binasında partlayış baş verib.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində binanın böyük hissəsi dağılıb.
İlkin məlumata görə, insident nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Partlayışın səbəbi kimi qaz sızması göstərilir. Hadisə yerinə xilasedicilər və tibbi yardım cəlb olunub.