Türkiyədə PKK-ya qarşı “Novruz əməliyyatı”: 700 polis...
16-03-2018 15:16
Baxış sayı:
3637

Türkiyənin Adana şəhərində Novruz bayramı öncəsi PKK-ya qarşı əməliyyat keçirilib. Muxalifət.az xəbər verir ki, əməliyyat çərçivəsində 73 fərqli ünvana eyni zamanda basqın edilib. Məlumata görə, əməliyyata 700 polis əməkdaşı cəlb olunub. PKK-nın tapşırığı ilə partladıcı maddə düzəldərək təxribata hazırlaşan 5-i uşaq, 10-u qadın olmaqla, 47 şübhəli şəxs basqınlar zamanı həbs edilib.