Türkiyədəki VALYUTA OYUNLARININ ARXASINDAKILAR AÇIQLANDI

Baxış sayı:
8611

“A” Xəbər canlı yayımına qatılan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ölkədəki xarici valyutadakı süni dalğalanmanın arxasında 2 Müsəlman ölkəsinin də olduğunu deyib.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, iştirak etdiyi canlı yayımda gündəmə dair açıqlamalar verib. Son dövrdə xarici valyutadakı süni dalğalanmaya da toxunan Çavuşoğlu, bu “əməliyyatın” arxasında 2 Müsəlman ölkəsinin də olduğunu deyib.
Çavuşoğlu bunları söyləyib:
“Əlbəttə vaxtı gəldiyi zaman bunları açıqlayacağıq. Kredit təşkilatlarına baxın, dərəcələri necə aşağı salırlar? 15 iyul dövlət çevrilişi cəhdi uğursuz olduqdan sonra Türkiyə iqtisadiyyatını necə dağıda biləcəkləri ilə bağlı əməliyyatlar başlayıb. Amma biz aldığımız qabaqlayıcı tədbirlərlə iqtisadiyyatımızın bu hücumlardan ən az ziyanla çıxmasını təmin etmişik. Bu işin içində ölkələr, maliyyə qurumları və sələm lobbisi var. Ölkələr arasında bəzi Müsəlman ölkələri də var. Mən burada ölkə adı verməyəcəyəm, amma ümumi bir çərçivə vurğulayıram".
Çavuşoğlunun söz etdiyi 2 ölkənin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ola biləcəyi ehtimal edilir.
Müxalifət.az