Türkiyədən ABŞ-a S-400 ZƏMANƏTİ

Türkiyənin müdafiə naziri Nurəddin Canik, ABŞ Senatının S-400 qayğıları ilə əlaqədar olaraq, "Türkiyədə qurulacaq S-400 sistemi heç bir halda, heç bir NATO amilini, F-35 təyyarələri də daxil, narahat etməyəcək və onlar üçün bir təhdid və təhlükə yaratmayacaq zəmanətini verdik" deyib.
Türkiyədən S-400 zəmanəti
ABŞ-ın müdafiə naziri Mattis ilə görüşündə S-400 hava müdafiə sistemlərilə F-35 döyüş təyyarələrinin da gündəmə gəldiyini bildirən Canik,bunları deyib:
“Onların narahatlıqlarını və həssaslıqları S-400 sisteminin çox güclü radarlara malik olması ilə bağlıdır. Türkiyəyə quraşdırıldığı təqdirdə başda F-35 döyüş təyyarələri olmaqla, digər NATO ünsürlərini narahat edə və bəzi NATO-ya aid məlumatların bu radarlar vasitəsilə başqa yerlərə ötürülə biləcəyi şəklində bir narahatlıq bildirilib. Ona görə də Mattis, ABŞ Senatının da S-400-lərin Rusiyadan alınmasına etiraz etdiyini olduğunu dedi. Biz də ona belə bir təhlükənin, riskin heç vaxt olmayacağını, gündəmə gəlməyəcəyini dedik və bu zəmanəti verdik. Yəni, Türkiyədə qurulacaq S-400 sistemi heç bir halda, heç bir NATO amilini, F-35 təyyarələri də daxil, narahat etməyəcək və onlar üçün bir təhdid və təhlükə yaratmayacaq. Bu təminatı onlara verdik. Bunu Senata da söyləməsini tələb etdik. S-400-lər qurulacaq, o məsələdə hər hansı bir mübahisə söz mövzusu deyil".
Müxalifət.az