​Türkiyədən Avropa Parlamentinin Afrin tələbinə SƏRT REAKSİYA

Baxış sayı:
2974

Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin “Türkiyə Afrindən geri çəkilsin” qərarına sərt reaksiya verib.
Muxalifət.az xəbər verir ki, nazirlik parlamentdə qəbul edillən “Suriyadakı vəziyyət” başqlıqlı layihəsində Türkiyəyə göndərilən çağırışın qəbuledilməz olduğunu açıqlayıb.
Açıqlamaya “bu qərarla birlikdə Avropa Parlamenti bir daha obyektivlikdən uzaq və tərəfkeş olduğunu göstərib” ifadələri əlavə edilib:
 “Zeytun budağı” terrorizmə qarşı bir hərəkatdır. Türkiyə BMT-nin 51-ci maddəsinə uyğun olaraq, Suriyanın ərazi bütövlüyü çərçivəsində sərhədlərindəki təhlükəsizliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Bu hərəkat dinc sakinlərə zərər vermədən Avropa Birliyinin də terror siyahısında olan PKK və İŞİD qruplaşmalarına qarşı yönəlib”.
Qeyd edək ki, Avropa Parlamentində bütün üzvlərin dəstəklədiyi Türkiyənin “Zeytun budağı”na son verməsi qərarı qəbul olunub. Qərarda Türkiyənin Suriya torpaqlarını tərk etməsi tələb edilir.