​Türkiyədən İsrailə sərt reaksiya

Baxış sayı:
12010

Şərqi Qüdsdə yeni yəhudi məskənlərinin salınması ilə bağlı İsrail hökumətinin irəli sürülən qərarı təsdiqləməsini qınayırıq.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“İsrail işğal altında saxladığı Şərqi Qüdsdə fələstinlilərə məxsus özəl torpaqlarda 3 min yeni mənzil inşa etməyi planlaşdırır. Biz bu qərarı şiddətlə qınayırıq. İsrail bununla beynəlxalq hüquq normalarını və BMT-nin qətnamələrini heçə saydığını göstərir. İsrail bu addımlarla regionda qalıcı sülh prosesini məhv etməkdədir”, - XİN-nin bəyanatında deyilib.