Türkiyədən kritik ABŞ AÇILAMASI

Baxış sayı:
7978

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, "ABŞ ilə münasibətlərimiz kritik bir dövrdən keçir. Ya münasibətləri normallaşdıracağıq və onları çığırına qoyacağıq, ya da əlaqələr daha da pisləşəcək " deyib.
 
Nazir Çavuşoğlu, Münhendə keçirilən 54-cü Beynəlxalq Təhlükəsizlik konfransında xarici jurnalistlərlə görüşüb. Washington rəhbərliyinin Suriyada PKK-ya verdiyi dəstək səbəbiylə Türkiyənin ABŞ-a etibarını itirdiyini söyləyən Çavuşoğlu, "ABŞ ilə əlaqələrimiz kritik bir dövrdən keçir. Ya əlaqələri normallaşdırıb, relsinə qoyacağıq, ya da əlaqələr daha da pisə doğru gedəcək" deyə bildirib.
 
'İLK MEKANİZMA FETO və GÜLƏN FOCUSLANACAQ'
 
 Çavuşoğlu, ABŞ xarici işlər naziri Reks Tillersonun Türkiyə səfərində, iki NATO müttəfiqi arasında anlaşılmazlığa gətirib çıxaran mövzularla bağlı iki mexanizmin yaradılması mövzusunda tərəflərin razılaşdığını bildirib. Çavuşoğlu bu mexanizmlərdən birinin xüsusilə FETO və ABŞ-da olan Fətullah Gülən ilə əlaqədar Ankaranın Vaşinqtondan gözləntilərinə fokuslanacağını dilə gətirib.
 
'SURİYA İLƏ BAĞLI İKİNCİ MEKANİZM'
 
Çavuşoğlu, ikinci mexanizmin "Suriyadakı vəziyyət və onların bizim əndişələrimizi necə qarşılayacaqları, YPG-nin Menbiçi necə tərk edəcəyi və bunu birlikdə necə koordinasiya edəcəyimiz, (Suriyadakı) bu şəhər və qəsəbələrin kim tərəfindən necə idarə olunması, buraların təhlükəsizliyini kimin və necə təmin etməsi məsələləri olacaq" deyə, bildirib.
Ankara və Vaşinqton arasında münasibətlərin normallaşmasının ABŞ-ın verdiyi sözləri yerinə yetirməsinə bağlı olduğunu vurğulayan Çavuşoğlu, "İkili əlaqələrimizin düzəlməsi üçün daha bir şansın verildiyini demək olar. Biz heç yanlış hərəkət etmədik. Türkiyənin ikitərəfli əlaqələri həqiqətən pozduğunu kimsə deyə bilməz. Türkiyənin ABŞ-a düşmən olduğunu söyləyə bilməzlər "deyib.
Çavuşoğlu, yeni mexanizm çərçivəsində üst səviyyədə Türk və Amerikalı səlahiyyətlilərinin ilk iş qrupu yığıncaqlarını mart ayının birinci yarısında keçirəcəyinə işarə edərək, Türkiyənin bu yığıncaqlarda ortaya qoyulacaq münasibətə görə hərəkət edəcəyini söyləyib.
Müxalifət.az