TÜRKİYƏDƏN MENBİÇ AÇIQLAMASI: “Ya özünüz edəcəksiniz, ya da biz etdirərik”

“Menbiç məsələsində çox dəqiq, 90 günü tam olaraq planlaşdırılmış bir təqvim var. Hansı addımların atılacağı, planların necə həyata keçiriləcəyi bircə-bircə dəqiqləşdirilmiş bir təqvim. Hər şey incə ayrıntılarına qədər düşünülüb və razılaşma əldə edilib. Amerikadan gözlədiyimiz bu plana riayət eləməsidir. Səbrimiz daşdı, səbrimizin sınanmasını istəmirik. Ya edərsiniz, ya da biz etdirərik. Bu məsələ Menbiçlə bitəcək iş deyil. Fərat çayının şərqi də terrorçulardan təmizlənəcək. Əvvəl sülh yolu ilə buralardan təmizlənməsini istəyəcəyik. Bu, həyata keçməsə, Türkiyə tərəddüd eləmədən öz hüquqlarından istifadə edəcək”.
Türkiyə hökumətinin mətbuat katibi Bəkir Bozdağ “Habertürk” televiziyasına açıqlamasında daha sonra deyib: “Qəndildə hər an əməliyyat keçirilə bilər. Şimali İraqda əməliyyatlar uzun müddətdir ki, davam edir. Qəndil terror yuvasıdır. Türkiyə Silahlı Qüvvələri Qəndilə qarşı havadan geniş miqyaslı əməliyyatlar keçiriblər. Ehtiyac olacağı təqdirdə yenə havadan və lazım gələrsə qurudan əməliyyat aparılacaq. Seçkilər keçiriləcək deyə, gözləmək olmaz. Qəndildə əməliyyat keçirəcəyik dediyimiz zaman Qəndildən əvvəl CHP-dən səs gəlir. Onların vəkilliyini eləmək CHP-nin boynuna düşüb. Afrin bölgəsində əməliyyat apararkən də qarşı çıxmışdılar, sonra vətəndaşın dəstəyini görüb, geri addım atdılar. Biz addım atarkən İraq hökuməti ilə danışıq aparırıq, bunsuz mümkün deyil. Beynəlxalq hüquqa əsaslanan haqqımız da var. Həmin ərazilər İraq hökumətinin tam nəzarətində olsaydı, orada əməliyyat aparmağımıza ehtiyac qalmazdı”(hurriyyet.org).