Türkiyədən Qüdsə “Barış gücü” – Yüz ilin müjdəsi

Türkiyənin Xarici İşləri naziri Mevlud Çavuşoğlunun 'İslam dünyası olaraq bir barış gücü qururuq. Bu barış gücünü Qüdsə göndərərək həm Məscid-i Aksa-nı, həm də Qəzzalıların təhlükəsizliyini təmin edəcəyik" açıqlamasını qiymətləndirən Xarici Siyasət Mütəxəssisi Atif Özbey, "Hörmətli Çavuşoğlu Qəzzada Müsəlmanlara soyqırım tətbiq edərək onları yox etmək istəyən sionist İsrailə qarşı yüzillik yuxumuzun müjdəsini verdi. Bu barış gücü Qəzzadakı problemimizi kökündən həll edəcək" deyib. "Hazırkı vəziyyətdə təəssüf ki, sionist İsrail hədəflərini reallaşdırma mövzusunda daha güclü görünür" deyən Özbey, "İsrail, xüsusilə hər Ramazan ayında Qəzzanıi bombalayır. Qərbi Şeriyanı İordaniyaya vermək istəyirlər. Qəzzada soyqırım tətbiq edərək oradakı Müsəlmanları yox etməyi hədəfləyirlər" deyib. 'Çavuşoğlu yüzillik yuxumuzu müjdələdi' Xarici İşləri naziri Mevlud Çavuşoğlu tərəfindən edilən 'İslam dünyası olaraq bir barış gücü qururuq. Bu barış gücünü Qüdsə göndərəcəyik. Həm Məscid-i Aksa-nı, həm də Qəzzalıların təhlükəsizliyini təmin edəcəyik' açıqlamasını da şərh edən Özbey, "Bu bizim yüzillik yuxumuzdur. Bu hərəkət Allahın yardımı ilə Fələstin problemini kökündən həll edəcək. Əks təqdirdə, Qəzza yox edilmək istənir" deyə bildirib. Atif Özbey sözlərinə belə davam edib: "Bu Ramazanda təəssüf ki, İslam coğrafiyasında məzlumların qanının töküldüyü bir Ramazan oldu. Qəzzadan başlamaq surətiylə bir problemimizi həll etsək, önümüzdəki il Ramazana daha xoşbəxt başlayarıq deyə, ümid edirəm". Müxalifət.az