Türkiyədən S-400 bəyanatı: ABŞ mövqeyini dəyişməzsə...
13-06-2019 23:28
Baxış sayı:
8653

Ankara ümid edir ki, ABŞ Türkiyənin S-400 sistemləri almasından dolayı sərgilədiyi mövqeyi dəyişəcək. Əks halda, hazırki durum ikitərəfli əlaqələrə ciddi zərər verəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Pentaqonun müvəqqəti rəhbəri Patrik Şanahanın məktubuna cavabında deyib.
Qalın vurğulayıb ki, məktubun məzmunu iki ölkə arasındakı əməkdaşlıq ruhuna ziddir.