Türkiyədən S-400 təpkisi

Türkiyənin keçmişdə çətin dövrlərdən keçdiyinə işarə edən daxili işlər naziri Süleyman Soylu, Türkiyənin güclü bir gələcəyinin olmasının istənmədiyini vurğulayıb.
Soylu çıxşında bu sözləri ifadə edib:
"Dünya təyyarə istehsal etməyə çalışarkən bizə bunu etməyə qoymadılar" deyən Soylu, belə deaam edib: "Bizə öz avtomobilimizi istehsal etməyi qadağan etdilər, bununla bağlı bizi lağa qoydular. Bizim addım atmamızı istəmədilər. İndi S-400 üçün bizi sıxışdırmağa çalışırlar. Nəyə görə? Özümüzü müdafiə etməyəkmi? Onlar atarlarsa, özümüzün hər hansı bir qalxanı olmasın və müdafiəsiz qalmağımızı istəyirlər. Öz gücümüzü və müstəqilliyiizi ortaya qoymağımızı istəmirlər. Yaxşı onda sen ver, “vermərik” deyirlər. Rusyadan almaq istəyirik, “ala bilməzsən” deyirlər. Sən mənim rəhbərimsən məgər? İndi baxın, görün, biz necə alırıq və siz də bunu görəcəksiniz. Nə edirsən, et. Bu milləti illərdir qorxudaraq, ürküdərək, sarsıdaraq, yoxsulluğa məhkum etməklə təhdid edeərək bu millətin azadlığını aldıqlarını zənn etdilər. Amma Türk millətini tanımadılar, Türkiyəni tanımadılar".
Müxalifət.az