Türkiyədən Səudiyyə Ərəbistanına “PKK” mesajı

Baxış sayı:
10147

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSQ) birgə əməliyyatında PKK-nın terrorçubaşlarından olan Cəmil Bayık-ın ən yaxın adamlarından Rza Altun və yanındakılar Qəndilə yönəlik hava hərəkatı ilə vurulub. Türkiyə prezidentinin əlaqələr üzrə müşaviri Fəxrəddin Altun əməliyyatla əlaqədar olaraq sosial media hesabından “PKK-ya ağır bir zərbə endirdik” deyə mesaj yazıb.
 
Altun Twitter hesabından əməliyyat anına dair görüntüləri paylaşaraq bu ifadələrə yer verib:
“PKK-ya ağır bir zərbə endirdik. Səudiyyə Ərəbistanının “Okaz” qəzetinin 2017-də "PKK-nın xarici işlər naziri" - deyə təqdim etdiyi PKK-lı terrorçu Rza Altun və yanındakılar təhlükəsizlik qüvvələrimizin uğurlu hava hərəkatı ilə vurulub. Dövlətimiz terrorla mübarizədə dastan yazır”.
Müxalifət.az