​Türkiyədən Trampa cavab: Əlimizdən gələni...

Baxış sayı:
2803

Dövlətlər imzaladıqları razılaşmaların öhdəliklərini yerinə yetirməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasına münasibət bildirərkən deyib.
O, dövlətlərin ortaq qərara varması üçün Türkiyənin də əlindən gələni etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Trampın ötən gün İranla nüvə anlaşmasından çıxdığını bəyan edib. Buna görə də Tehranın nüvə proqramını bərpa edəcəyi ehtimalı yaranıb.