Türkiyəni ABŞ-dan qoparıb, Rusiyaya yaxınlaşdıranlar əslində Vaşinqtonu izolyasiya edir - TƏHLİL

Baxış sayı:
3988

Doğrudanmı ABŞ, Türkiyəni itirməyin- həm Vaşinqton, həm də NATO üçün necə uğursuzluq olduğunu görməyəcək qədər kordur? Donald Tramp, Türkiyəni Rusiyanın qucağına ataraq, özünü tələyə saldığını başa düşmürmü?
Türkiyə həm döyüş bölgəsində, həm də diplomatik müstəvidə bir sıra strateji gedişlər edərək, Suriyada olduğu kimi Şərqi Aralıq dənizindəki qüvvələr balansını kökündən dəyişdirdi. O, hər "çirkli oyunun" baş qəhrəmanı olan ABŞ-ın intriqalarına baxmayaraq bunu bacardı ...
Ankara, ABŞ Senatının Türkiyəni S-400-ə görə cəzalandırması, qondarma “erməni soyqırımını” tanıması, yunan-kipr lobbisini şirnikləndirməsi, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin Kipr yunanları ilə münaqişəsinin pik həddə çatdığı vaxtda, Cənubi Kiprə qoyulan silah tədarükü embarqosunu qaldırması kimi son dərəcə təhlükəli addımlar atdığı bir vaxtda planını həyata keçirə bildi ... Başqa sözlə, Türkiyə qətiyyətli və əzmkar mövqeyi ilə bir daha ABŞ və Vaşinqtonun nəzarətində olan ölkələrə bu siqnalı verdi: "Mənsiz heç bir şey qura bilməzsən".

Beləliklə, "ABŞ həqiqətən kordurmu?" sualı gündəmdədir. Bununla bağlı, son illərdə ABŞ ilə münasibətlərdə yaranan gərginliyin hər yeni mərhələsində öz fikirlərini bildirən hərbi və kəşfiyyat mənbələri bu rəylə razıdırlar.
“Türkiyədən imtina etmək ABŞ üçün yolverilməzdir. Türkiyə - böyük dövlətdir. Hərbi potensial baxımından ikinci NATO ölkəsidir və coğrafi mövqeyinə görə NATO-nun strateji hədəfləri içərisində əhəmiyyətli bir yer tutur, strateji, siyasi baxımdan son dərəcə vacibdir. Bundan əlavə, Türkiyə dünyada aparıcı iqtisadiyyatı olan 16-17 ölkənin içindədir. Ölkənin güclü inkişaf potensialı var. Buna görə hər bir dövlət Türkiyəni ciddi qəbul etməlidir. Xüsusilə Yaxın Şərqdə, Qafqazda və Avropada maraqları olan bir super güc, bu strateji imkanlardan və Türkiyənin potensialından istifadə etməlidir ... "
Lakin atılan addımlara və onların mümkün nəticələrinə görə, ABŞ-ın bunları başa düşdüyünü və ya buna uyğun hərəkət etdiyini söyləmək olmaz. Əksinə, açıq düşmən mövqeyinin nümayişini görürük. Başqa sözlə, müttəfilik və s. sadəcə sözlərdir. Bu səbəbdən iki ölkə arasındakı münasibətlər, sözün həqiqi mənasında ABŞ səmimiyyəti nöqteyi-nəzərindən sınağa məruz qaldı. Bunun niyə və necə baş verdiyini izah edən Editepe Universitetinin əməkdaşı, professor Mesut Hakkı Caşın deyir.

“Türkiyə və ABŞ-ın həm bölgədə, həm də dünyada strateji maraqları var, xüsusən 2030-2040-cı illər üçün. Hələ də inanıram ki, Türkiyə və ABŞ mühüm strateji müttəfiqdir. Ancaq düşünürəm ki, hazırda Pentaqon, Mərkəzi Komandanlıq və Demokratlar Trampın prezident seçkilərində qalib gəlməsinin qarşısını almaq üçün Türkiyə üzərindən ona mane olmağa çalışırlar, ölkəmizə qarşı sui-qəsd hazırlayırlar. İstəyirlər ki, Türkiyə Rusiyaya yaxınlaşsın və NATO-dan çıxsın”.
Yəni, qəsdən və bilərək Türkiyə ilə Rusiyanın yaxınlaşmasın istəyirlər
"Müəyyən bir qrup bunu etmək istəyir və bu baxımdan, çox güman ki, Trampı dövlətə xəyanətdə ittiham edəcəklər. Ancaq düşünürəm ki, prezident Tramp bunun tələ olduğunu başa düşür. Erməni diasporu da öz növbəsində ABŞ-ın da içində olduğu xaosdan faydalanaraq Türkiyəyə təzyiq göstərmək istəyir. Ümid edirəm ki, prezident Tramp bu tələyə düşməz.
Tramp həqiqətən səmimidir, yoxsa yaxşı polis / pis polis durumundadır?

“Bir tərəfdən Tramp, ABŞ-ın maraqları baxımından Türkiyəni itirmək istəmir. Digər tərəfdən o, xarici siyasətdə Türkiyəni itirən prezident kimi ABŞ tarixinə düşmək istəmir. Eyni zamanda, ABŞ-ın daxili siyasətində hökm sürən xaos bir növ prezident Trampı tükəndirməli və Türkiyə-Amerika münasibətlərini korlamalıdır; terror təşkilatı Fəthullah Gülən (FETÖ) tərəfindən də təzyiqlər var. Erməni, Kipr Rum, İsrail lobbisi də nəzərə alınarsa, çox ciddi bir cəbhənin Türkiyəyə qarşı çıxdığı aydın olacaq. Bu mərhələdə, ilk növbədə ABŞ nöqteyi-nəzərindən bunu unutmamalıyıq: sanksiyaların tətbiq olunmasının yolverilməz olması ilə yanaşı, onlar heç bir şəkildə Türkiyəni qərarlarından imtina etməyə məcbur etməyəcək və əgər bu addım atılsa, Türkiyə mütləq öz istiqamətini dəyişməyə gedəcək. Türkiyəni itirmək NATO-nun cənub hissəsini itirmək deməkdir. ABŞ Türkiyəni itirən zaman, nə Qara dənizdə, nə Balkanlarda, nə Qafqazda, nə də Yaxın Şərqdə fəaliyyət göstərə bilməyəcək, onların heç bir gəmisi Şərqi Aralıq dənizində olmayacaq ... "- deyə  professor bildirdi.
"Milliyet"
Hazırladı: Ülviyyə Şükürova
Muxalifet.az