Türkiyəni təhdid etmişdilər: Ərdoğan G-20-də cavab verdi
29-06-2019 13:20
Baxış sayı:
3916

Çevrilişçi general Xəlifə Hafterə bağlı Liviya Milli Ordusunun sözçüsü Əhməd Mismari Türkiyəyə aid gəmilərin düşmən hədəfi olaraq müəyyən olunduğunu açıqlamışdı.
G-20 Zirvəsindən sonra edilən qiymətləndirmə yığıncağında, Ərdoğan bu təhdid üçün "Hansı gəmilərə vurulma təlimatı verilmişdir? Kim tərəfindən belə bir təlimat verilmişdir? Hafter tərəfindən verilmiş bir əmr, təlimat varsa, əlaqədar yoldaşlarımızla burada onu da araşdırardıq. Bu mövzuyla əlaqədar da lazımlı tədbirlərimiz alınmışdır. Bundan sonra da daha fərqli şəkildə tədbirimizi alacağıq" deyib.
Müxalifət.az