Türkiyənin "Beşiktaş" klubu qapıçısını satdı
21-07-2018 16:00
Baxış sayı:
4699

Türkiyənin "Beşiktaş" klubu qapıçsı Fabri ilə yollarını ayırıb.
Muxalifet.az-ın "TRT Spor"a istinadən yaydığı xəbərə görə, İstanbul klubu 31 yaşlı qapıçını İngiltərənin "Fulhem" klubuna satıb.
Premyer Liqa təmsilçisinin ispaniyalı qolkiper üçün "Beşiktaş"a 7 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Fabri 2016-cı ildən "Beşiktaş"da çıxış edirdi.