Türkiyənin dəniz qüvvələri SƏFƏRBƏR OLUNUR - Tarixdə ilk dəfə 103 gəmi ilə 3 dənizdə...
27-02-2019 09:09
Baxış sayı:
4957

Dəniz Qüvvələri Komandanlığı tərəfindən ölkə tarixində ilk dəfə Türkiyəni əhatə edən üç dənizdə 103 gəminin iştirakı ilə eyni vaxtda keçiriləcək "Mavi Vətən 2019 Təlimi" bu gün başlayacaq.
Türkiyənin Dəniz Qüvvələri Hərəkatının sədri kontradmiral Yankı Bağcıoğlu Gölcükdəki Dəniz Hərb Mərkəzi Komandanlığında keçirilən məlumatlandırma sessiyasında çıxışında Baş Qərargahın rəhbərliyi ilə illik Təlim Proqramı çərçivəsində Dəniz Qüvvələri Komandanlığında planlaşdırılan və Dəniz Hərb Mərkəzi Komandanlığı tərəfindən sövq və idarə edilən “Mavi Vətən 2019 Təlimi”nin Qara dəniz, Egey dənizi və Aralıq dənizi olmaqla, eyni anda 3 dənizdə ilk dəfə icra ediləcək əməli bir təlim olduğunu deyib.
Müxalifət.az