Türkiyənin müdafiə nazirindən QƏNDİL VƏ MÜNBİÇ AÇIQLAMASI

Türkiyənin milli müdafiə naziri Nurəddin Canik, NATO Müdafiə Nazirləri toplantısından sonra jurnalistlərə açıqlama verib. Canik, "Xüsusilə Münbiçdəki yol xəritəsi ilə əlaqədar çox ətraflı, konstruktiv və müsbət görüş keçirdik" – deyib.
Nazir Nurəddin Canik, "Yeni İldən bu yana İraqın şimalında keçirdiyimiz əməliyyatlarda 500-dən çox terrorçu zərərsizləşdirilmişdir. Terroru kökdən təmizləmək üçün nə edilməsi lazımdırsa, hazırda o həyata keçirilir və sonuna qədər də gedəcəyik" deyib.
Nurəddin Canik, NATO Müdafiə Nazirləri toplantısından sonra jurnalistlərlə bir araya gəlib, gündəmlə bağlı dəyərləndirmələr edib.
MÜNBİÇ ÜÇÜN YOL XƏRİTƏSİ
Canik, ABŞ müdafiə naziri Mattis və Pentaqonun Münbiçdəki yol xəritəsinin formalaşmasında müsbət töhfəsinin olduğunu bildirərək, "İlk görüşlərimizdə SDG kimi tanınan və içində faktiki olaraq YPG/PKK ünsürlərinin də olduğu o qurumla bağlı daha fərqli fikirləri var. Bu günə qədər bir çox görüş keçirdik. Bu qurumun ifşa edilməsi üçün həm hadisənin həqiqi mahiyyətini danışdıq, həm də YPG ilə PKK arasındakı üzvi əlaqənin bütün sənəd və məlumatlarla ortaya qoyulmasını təmin etdik. Bu gün PYD/YPG-nin PKK-nın bir ünsürü olduğu və SDG içindəki hakim mövqedə olduğu haqda fikrimiz artıq qəbul edilir. Məhz bunun nəticəsi olaraq Münbiçdəki yol xəritəsi ortaya çıxmışdır" deyib.
"MÜNBİÇDƏ TƏHVİL-TƏSLİMİ TAMAMİLƏ TÜRKİYƏ VƏ ABŞ HƏYATA KEÇİRƏCƏK"
“Yol xəritəsi ən qısa zamanda tətbiq ediləcək və zamanda yekunlaşmış olacaq" deyən Canik bunları söyləyib:
"Münbiç yol xəritəsinin planlaşdırıldığı kimi həyata keçirilməsində gecikmə və əyləndirmə olmayacaq. Bunu dəqiq bir şəkildə görüşdə dilə gətirdilər, bu da bizim üçün mühümdür. Daha əvvəl Münbiç ilə bağlı verilmiş bir sıra sözlər var idi və yerinə yetirilmədi. Bundan sonra ümid edirik ki, bu sözlər varılan anlaşmalar çərçivəsində yerinə yetiriləcək. Burada uğurlu olsaq, Suriyanın digər bölgələrindəki oxşar problemlərin də bu üsul, mexanizmlə aradan qaldırılması üçün Münbiç model olacaq. Münbiç ilə bağlı razılığa gəlinən yol xəritəsi son dərəcə mühümdür. Oradakı uğurlu nəticə Suriyada həqiqi mənada sülhün, sabitliyin təmin olunması və terrorizmlə əlaqəli ünsürlərin bölgədən uzaqlaşdırılması məsələsində ABŞ ilə birlikdə, mühüm bir dəst xəttin, yeni bir üsulun ortaya çıxmasını təmin edəcək. Buna görə də oradakı gözləntimiz də müsbətdir. İnşallah, çox qısa müddət içərisində bunları da görmüş olacağıq. Yol xəritəsi ən qısa zamanda həyata keçiriləcək və inşallah ən qısa zamanda yekunlaşmış olacaq. Əhəmiyyətli olan heç bir əyləndirmə, vaxt itirmə olmadan razılığa gəldiyimiz çərçivədə bu işin birlikdə və ən qısa müddətdə aparılmasıdır".
Müxalifət.az