Türkiyənin Şimali İraqda başlatdığı “Pəncə” əməliyyatının arxa planı

Türkiyənin Terror və Təhlükəsizlik Mütəxəssisi Abdullah Ağar etdiyi açıqlamada, "Pəncə” hərəkatının nə məna verdiyini və ola biləcək nəticələri dəyərləndirib.
Türkiyə sərhədləri içərisindəki terror ünsürlərinin təsir və varlıqlarının yox deyiləcək qədər aşağı bir səviyyəyə gerilədiyini deyən Ağar, son dövrlərdəki terror hərəkətlərinin Şimali İraqdan gələn və əllərində təcrübəli silahlar olan terror ünsürləri tərəfindən reallaşdırıldığını xatırladıb.
Şimali İraqdakı PKK varlığının ortadan qaldırılmadığı müddətcə, Türkiyənin hər vaxt təhdid altında qalacağına diqqəti çəkən Ağar, bunları söyləyib:
"Bu hərəkat yalnız Hakurk ilə məhdudlaşmır. Burada edəcəyiniz hərəkat İraqın digər tərəflərinə və hətta Suriyaya da təsiri ola biləcək bir işdir.
Edilən əməliyyatı yalnız terrorçu məhvi, ya da qovalaması olaraq görmək səhv olardı. Burada bir 'ərazi hakimiyyəti' də söz mövzusudur.
İraqın baş naziri Abdülmehdinin 14 mayda Türkiyəni ziyarət etdiyini, Xarici İşlər naziri Mevlud Çavuşoğlunun da az müddət əvvəl İraqa getdiyini xatırladan Ağar, “Bu tərz geniş əhatəli əməliyyatlarda mövqeləri uyğunlaşdırma əhəmiyyətlidir. Nəticədə İraqın quru və hava sahəsinə girirsiniz. Bu çərçivədə əməliyyatın İraq mərkəzi hökuməti ilə əməkdaşlıq içərisində olması qiymətlidir” deyib.
İRAN SANKSİYALARININ NƏTİCƏSİYLƏ 'PƏNCƏ' ƏLAQƏLİDİR
''Bölgədə yeni bir dəyişiklik söz mövzusudur'' deyən Ağar, bunları söyləyib:
''Bölgə hər an partlayacaq bir qazan kimidir. Bu partlayış olmadan əvvəl Türkiyənin tədbirlər alması lazımdır. İrana sanksiyaların tətbiq olunduğu bir dövrdəyik. Bu sanksiyalar özünü nə qədər göstərəcək? Əgər bu sanksiyalar hərbi hərəkata da çevrilsə, bunun bölgədə çox ciddi nəticələri olacaq. Bunun vəkalətən bəzi təşkilatlar üzərindən müəyyən sahələrdə görə bilərik əks olunmalarını. Silahlı qarşıdurma olsa, bunun meydana gələcəyi yer İraq olacaq. Belə riskli bir mühitdə Türkiyənin İraqın şimalında bir təsir yaratması və oranı nəzarət edə bilməsi son dərəcə əhəmiyyətlidir'.'
Komandoların terror yuvası Kandilə irəliləməsinin İraq və İran ilə əlaqənin də daha da inkişaf edəcəyi mənasını verdiyinə toxunan Ağar, ''Türkiyə Suriyadakı prosesə daxil olmaq istəyir, amma bəziləri maneə törədir. Suriyada bu gün etibarilə hərəkət qabiliyyətimiz və iradəmiz olmasına baxmayaraq bəzi qlobal güclər və təhdidlər səbəbiylə bunu edə bilmirik. Prosesə bir şəkildə daxil ola bilmək üçün istifadə edə biləcəyiniz sahələr var və İraqın şimalı da bu sahələrdən biridir'' deyib.
Müxalifət.az