Türkiyəyə “S-400″ün təhvilinin birinci mərhələsi başa çatıb
25-07-2019 15:43
Baxış sayı:
5806

Türkiyənin Müdafə Nazirliyi ölkəyə “S-400″ zenit raket kompleksinin idxalının birinci mərhələsinin başa catdırıldığı haqqında məlumat yayıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bundan əlavə nazirlikdən “S-400″ batereyasının və Rusiyadan 30 təyyarənin Türkiyəyə göndəriləcəyi də bildirilib.
Məlumatda ABŞ tərəfin “S-400″lə əlaqədar Türkiyəni “F-35″ təyyarələrininin istehsalı proqramından kənarlaşdırılması ilə bağlı 40 heyətin Birləşmiş Ştatlardan geri dönəcəyi də qeyd olunub.
Xəbərdə Türkiyənin Patriot texnikası ilə əlaqədar ABŞ-la danışıqları davam etdirdiyi də yer alıb.