Təxribatın arxasında RUS CASUSLAR VAR? - Sensasion iddia

Baxış sayı:
8806

Cənubi Koreyada Pxençxan Qış Olimpiya Oyunlarının açılışı zamanı internet və kabelsiz şəbəkəyə daxilolmanın kəsilməsinə yol açan kiber hücumun rus casusları tərəfindən təşkil olunduğu iddia edilib.
 
“Vaşinqton Post” qəzetinə açıqlama verən Amerika kəşfiyyat mənbələri, Rusiyanın Baş Kəşfiyyat İdarəsinə (GRU) bağlı kompüter piratlarının mərasimin keçirildiyi stadiona xidmət edən 300 kompüterlə birlikdə şəbəkə istiqamətvericisini ələ keçirdiklərini və ağa pis məqsədli proqram yoluxduraraq internetə daxilolmanı sabotaj etdiklərini irəli sürüb.
 
PXENÇXANI DAĞITMAĞA ÇALIŞIB
 
Qəzetə danışan şəxslər piratların hücum zamanı Şimali Koreya qeydiyyatlı IP ünvanlarını istifadə edərək, hadisənin məsuliyyətini Pxençxan rəhbərliyinin üzərinə atmağa çalışdıqlarını iddia edib.
Rəsmi şəxslər Rusiyanın dopinq qalmaqalı üzündən Olimpiadalarda iştirakın qadağan edilməsi səbəbilə belə bir hücum təşkil etdiyini irəli sürürlər.
 
SAYT DA DAĞILDI
 
Oyunların açılışı zamanı yaşanan kiber hücum təşkilat komitəsi tərəfindən təsdiqlənmiş, ancaq hücumu kimin həyata keçirdiyi haqqında hər hansı bir şərh verilməmişdir. Hücum açılış mərasimin keçirildiyi stadiondakı bütün internet və kabelsiz şəbəkə daxilolmanın kəsilməsi ilə yanaşı, təşkilatın internet saytının də dağılmasına yol açmışdı.

Müxalifət.az