Təyyarə evin üstünə düşdü! 2 ölü, 1 yaralı
28-06-2019 16:42
Baxış sayı:
12394

ABŞ-ın Şimal Carolina əyalətində birmotorlu mülki təyyarə evin üstünə düşüb, nəticədə 2 adam ölüb, 1 nəfər isə yaralanıb. Əyalət polisindən edilən açıqlamada, birmotorlu mülki təyyarənin Hope Mills bölgəsində evin üstünə düşməsi nəticəsində pilotun və evdəki bir adamın hadisə yerində həyatını itirdiyi və ağır yaralanan evdəki digər bir adamın da xəstəxanaya qaldırıldığı bildirilib. Hadisə yerində təhlükəsizlik tədbirləri alan polis, qəzanın səbəbi ilə bağlı istintaq başladıldığını ifadə edib. Evin Fayetteville Regional Aerodromun təxminən 8 kilometr cənub-qərbində olduğu məlumatı paylaşılıb. Müxalifət.az