Təyyarə evlərin üstünə düşdü: 19 ölü, 16 yaralı - VİDEO

Baxış sayı:
7243

Pakistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 19-a çatıb.
Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrindən bildirilib.
Daha 16 nəfərin yaralandığı deyilir.
Qeyd edək ki, təyyarə təlim uçuşunu yerinə yetirirdi. Təyyarə yerə düşəndən sonra alışıb və yanğın yaxınlıqdakı evlərə keçib. Qəzanın səbəbləri bildirilmir.

***
04:45

Pakistanda hərbi təyyarə təyyarə qəzaya uğrayıb.
Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, yerli "The News International" qəzetinin məlumatına görə, ölkənin şimal-şərqindəki Ravalpindi şəhərindəki yaşayış sahəsində baş verən qəza nəticəsində 10 nəfər ölüb.
Qəzadan sonra isə bir neçə binanı əhatə edən yanğın baş verib. Ölənlərin sayının artacağı istisna edilmir.
Hadisə yerində xilasetmə qüvvələri və tibbi xidmət çalışır.