Ucarda 3 otaqlı ev yanıb
10-05-2018 20:29
Baxış sayı:
6394

Ucar rayonunda ev yanıb. Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kəndində baş verib. Nəticədə ümumi sahəsi 105 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.