ÜÇÜNCÜ DÜNYA SAVAŞI “QAPIDA”… - Boris Conconun istefaya məcbur edilməsinin sensasion detalları…

Baxış sayı:
2488

Böyük Britaniya baş naziri Boris Consonun bu gün - 7 iyul 2022-ci il tarixində istefaya getməsi dünyanın siyasi gündəminə "şok" damğası vurdu. Belə ki, az əvvəl Consonun Böyük Britaniya kraliçası II Yelizavetaya zəng edib, onu istefası haqda xəbərdar etməsi barədə məlumat paylaşıldı. Hətta iş o yerə çatdı ki, Londonda Consonun istefasını tələb edən aksiyaçılar da peyda oldu.

Ən maraqlısı isə odur ki, artıq Consonun yerinə namzidələrin də haqqında müzakirələrə start verilib. Bu istefaya qədər Boris Consona qarşı "gözdən salma" əməliyyatları baş vermişdi. Hətta Britaniya hökumətində iki nazirin son istefası da Consonun postunda çox qalmayacağını sezdirirdi.

Conson 2019-cu il 24 iyul tarixində ölkənin baş naziri postuna gəlmişdi və II kraliça Yelizavetanın təyinatı ilə seçilmiş kadr idi. Bu baxımdan, heç də təsadüfi deyil ki, Britaniya mediasında kraliçanın səlahiyyətlərinin ailə üzvlərinə, daha doğrusu oğlu şahzadə Çarlza keçəcəyi haqda gözləntilərin ifadə olunduğu yazılarla Consonun istefası eyni zamanda açıqlandı.

Qeyd edək ki, Boris Conson istefasını açıqlayan nitqində Britaniyanın baş naziri postu ilə yanaşı, Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən də getdiyini elan etdi.

Oxu.az - II Elizabet dövlət başçısı vəzifələrinin bir hissəsini şahzadə Çarlza həvalə edib

Dediyimiz kimi, 96 yaşlı II Yelizavetanın vəzifələrinin bir hissəsi rəsmən varisə və digər ailə üzvlərinə keçib. Lakin rəsmi açıqlamaya görə, Böyük Britaniya və Birliyin 15 dövlətinin kraliçası ömrünün sonuna qədər xalqa xidmət etmək niyyətindədir. Bukinqem sarayı 10 il ərzində ilk dəfədir ki, Böyük Britaniya kraliçası II Yelizavetanın vəzifələrinin siyahısını dəyişdirərək, onların bəzilərini taxt varisi şahzadə Çarlza ötürüb. Bu, əslində, sarayın veb-saytındakı rəsmi hesabat dərhal təkcə ingilislər arasında deyil, bütün dünyada çaxnaşmanı tətiklədi: kraliça gedirmi, taxtı kim tutacaq?

Britaniya monarxiyasının ekspertləri təkrarlamaqdan yorulmurlar ki, Britaniyanın kral ailəsində hakimiyyətin ötürülməsi çoxdan başlayıb, ən yaşlı monarxın ölümü kədərlidir, lakin böhrana səbəb olmayacaq. Üstəlik, zarafatla "əbədi şahzadə" adlandırılan Çarlz dünyanın bütün şahzadələrindən daha uzun müddətdə - yeddi onillik ərzində Britaniya taxtının varisi olmağa hazırlaşırdı.

Eyni səbəbdən, keçən il əri Şahzadə Filipin ölümündən sonra may ayında xalq qarşısına əsayla çıxmağa başlayan II Yelizaveta parlamentin iclasının açılış mərasimində iştirak etməyib, halbuki bu, 500 illik ənənədir. Əvəzində isə hökumətin qanunvericilik planlarına dair taxt nitqi daha sonra taxtın 73 yaşlı varisi, Uels şahzadəsi Çarlz oxudu. Bu isə kraliçanın funksiyasının faktiki olaraq krala-şahzadə Çarlza ötürülmüş olduğunu göstərir.

Kraliça Elizabet bütün hakimiyyəti dövründə parlamentin açılışını yalnız iki dəfə - 1959 və 1963-cü illərdə, hamilə olduğu zamanda buraxmışdı. Buna görə də, dərhal cəmiyyətdə onun çox xəstə olduğu barədə şayiələr yayıldı və bu da son damla idi.

Yeri gəlmişkən, kraliça bu qış xalqa ünvanladığı mesajda da britaniyalıların oğlu Çarlz və həyat yoldaşı Kamilla taxt-taca oturacaqları zaman onlara dəstək olacağına əminliyini ifadə etmişdi ki, bu da artıq Çarlzın krallığının təsdiqinə verilən "xeyir-dua" kimi qəbul olunmalıdır.

Gələcək kral, Uels şahzadəsi - Çarlz uzun müddətdir ki, krallıq vəzifələrini yerinə yetirir. Uzun illərdir ki, xarici səfərləri o, həyata keçirir.

Bəs, şahzadə Vilyamla atası arasında rəqabət yaşana bilərmi? Kral müxbiri Rhiannon Millsin fikrincə, yox! Çünki onun təbirincə desək, "bəziləri atasının yox, Şahzadə Uilyamın kral olacağını düşünür. Amma bu belə deyil, bizdə irsi monarxiya var, yəni kraliça son nəfəsini verən kimi onun oğlu avtomatik olaraq yeni kral olur". Üstəlik, Çarlz Uilyama yol verə bilməz, çünki bu, onun taxtdan imtina etməsi demək olardı, yəni taxt taxtdan əl çəkmiş kralın oğluna deyil, mərhum monarxın növbəti övladına keçir... Deməli, II Yelizavetadan sonra Britaniya monarxiyasına Çarlz, Çarlzdan sonra Vilyam, Vilyamdan sonra onun böyük oğlu Corc başçılıq edəcək. Bu, Britaniya Monarxiyasının bütün çevikliyinə baxmayaraq heç bir şəkildə dəyişdirilə bilməyən şeydir.

Boris Conson Rusiyanın SWIFT-dən kənarlaşdırılacağını açıqladı - FOTO

Yəni hadisələrin gedişatına baxarsaq, Boris Consonun Çarlzın kral olması ərəfəsində istefaya vadar edilməsi onu deməyə əsas verir ki, yeni kral özündən öncəki kraliçanın kadrı ilə çalışmaq fikrində deyil.

Əslində, kraliçanın özünün sağ olub-olmaması, onun dublyorunun kraliçanın son anlarını reallaşdırmaq görəvi ilə dövriyyədə olması da şübhə və mübahisə mövzusudur. Çünki krallığın başçısı səlahiyyətləri kralliça rəsmən həyata gözlərini yumduqdan sonra varisə ötürülə bilərdi. Mümkündür ki, tezliklə II Yelizavetanın vəfatı rəsmən açıqlansın. Hərçənd bəlli deyil ki, əsl vəfat nə vaxt baş verib.

Beləliklə, Boris Consonun istefası ilə start verilən "yaşasın yeni kral" durumu dünya ölkələrini, xüsusilə də güc simvolu olan dövlətləri təşvişə salmış vəziyyətdədir. Səbəb hələ ki, hibrid formada yaşanan və yeni kralın elan olunması ilə alovlu fazaya keçiləcək III Dünya savaşıdır. Görünür, Çində və başqa ölkələrdə ortaya atılan "koronavirus epidemiyasının qayıdışı" da bu üzdəndir. Çünki müharibəyə itilən ölkələr savaşdan necə çıxacaqlarını proqnozlaşdıra, nəyi itirib, nəyi qazanacaqlarını bilmirlər. Bu səbəbdən, hər vəchlə savaşa sürüklənmələrinə müqavilmət göstərirlər. Ölkə daxilində problemlərin, pandemiyanın olmasını səbəb gətirib müharibəyə qatılmamalarını daxili böhranla əsaslandırmağa cəhd edirlər.

Sonun necə olacağını, ssenariləşdirilmiş müharibə tamaşasında kimin hansı fraqmentdə hansı rolu oynayacağnı dünya bir yerdə seyr edəcək...

ÜLVİYYƏ