UEFA təsdiqlədi: Klublarımızın mükafatı nə qədər ola bilər?

UEFA 2018/19 mövsümü üçün avrokubokların büdcəsini təsdiq edib.
Muxalifet.az xəbər verir ki, bununla da Azərbaycan klublarının da qazanacağı məbləğ bəlli olub.
“Qarabağ”
Qitə futbol qurumunun saytı yazır ki, Çempionlar Liqasında pul mükafatları aşağıdakı kimi olacaq:
İlkin mərhələdə iştirak üçün - 230 min avro
Birinci mərhələdə iştirak üçün - 280 min avro
İkinci mərhələdə iştirak üçün - 380 min avro
Üçüncü mərhələdə iştirak üçün - 480 min avro
Pley-off mərhələsində mübarizəni dayandırdığına görə – 5 milyon avro
Pley-off qalibləri üçün xüsusi mükafat nəzərdə tutulmur. Amma ÇL-in qrupuna düşən komandaların hər birinə 15,25 milyon avro veriləcək.
Qrupda qələbə üçün – 2,7 milyon avro
Heç-heçə üçün – 900 min avro
1/8 finala çıxdığı üçün – 9,5 milyon avro
1/4 finala çıxdığı üçün – 10,5 milyon avro
1/2 finala çıxdığı üçün – 12 milyon avro
Finala çıxdığı üçün – 15 milyon avro
Finalın qalibi əlavə 4 milyon avro qazanacaq
Qeyd: 2018/19 mövsümündə Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək. "Qarabağ" mübarizəyə birinci mərhələdən başlayacaq.
“Keşlə”, “Qəbələ” və “Neftçi”
Avropa Liqasında isə pul mükafatları aşağıdakı kimi təsdiq edilib:
İlkin mərhələdə iştirak üçün – 220 min avro
Birinci mərhələdə iştirak üçün – 240 min avro
İkici mərhələdə iştirak üçün - 260 min avro
Üçüncü mərhələdə iştirak üçün – 280 min avro
Pley-off mərhələsində mübarizəni dayandırdığına görə – 300 min avro
Pley-off qalibləri üçün xüsusi mükafat nəzərdə tutulmur. Amma əgər onlar mübarizəyə ilkin mərhələlərdən başlayıblarsa, onlara əlavə mükafat veriləcək
AL-in qrupunda iştirak edəcək 48 komandanın hər biri üçün 2,62 milyon avro ayrılıb
Qrupda qələbə üçün – 570 min avro
Heç-heçə üçün – 190 min avro
Qrupun qalibi üçün – 1 milyon avro
Qrup ikincisi üçün – 500 min avro
1/16 finalda iştirak üçün – 500 min avro
1/8 finalda iştirak üçün – 1,1 milyon avro
1/4 finalda iştirak üçün – 1,5 milyon avro
1/2 finalda iştirak üçün – 2,4 milyon avro
Finalda iştirak üçün – 4,5 milyon avro
Finalın qalib əlavə 4 milyon avro qazanacaq
Qeyd: 2018/19 mövsümündə Azərbaycanı Avropa Liqasında “Keşlə”, “Qəbələ” və “Neftçi” təmsil edəcək. Hər üç klubumuz mübarizəyə birinci mərhələdən başlayacaq.