Ukrayna jurnalist Arkadi Babçenkonun "qətlinin sifarişçisini" həbs etdi

Baxış sayı:
5692

Ukrayna məhkəməsi Kremlin tənqidçisi kimi tanınan jurnalist Arkadi Babçenkonun qətlini sirafiş verməkdə şübhəli bilinən biznesmeni həbs edib.
 
Boris Herman Arkadi Babçenkonun qətli üçün muzdlu qatilə 15,000 min dollar verməkdə ittiham edilir.
Boris Herman deyib ki, jurnalisti öldürmək niyyətində olmayıb və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edib.
Ukrayna təhlükəsizlik qüvvələri həftənin ikinci günü Arkadi Babçenkonun ölümünü səhnələşdirib. Qurum bəyan edib ki, bununla Rusiya tərəfindən verilən sui-qəsd safarişinin qarşısını almağa çalışıb.
Ölümün səhnələşdirilməsində donuz qanından və makiyajdan istifadə olunub.
Babçenko deyib ki, Ukrayna-Almaniya silah şirkətində çalışan Borys Herman "onun qətlə yetirilməsi" xəbəri yayıldıqdan sonra sifarişin haqqını ödəyib.
Adı açıqlanmayan "qatil" əməliyyatın tərkib hissəsi olub.
Borys Herman iki aylığına həbs edilib.
Moskva Ukraynanı təxribatçılıqda günahlandırıb.
Arkadi Babçenko bildirib ki, ona sifarişçinin və "qatilinin" şəkillərini göstərdikdən sonra "sağ qalmağı" seçib və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edib.
Keçmiş müharibə müxbiri Babçenko 2001-ci ildə aldığı hədələrə görə vətəni Rusiyanı tərk edib.