"Ukraynada baş verənlər..." - Zelenskidən seçki açıqlaması

Baxış sayı:
2704

Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski səs verib.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, "Namizədlərin sayı bizim ölkəmizdə demokratiyanın inkişafda olduğunu göstərir", - deyə namizəd çıxış edib:
 
"Bu cür müstəqil ölkəmizin olması möhtəşəmdir. Nə qədər çox namizədimiz olsa, o qədər azad cəmiyyətimiz, azad seçkimiz olacaq. Məni ilk növbədə Ukraynada baş verənlər narahat edir. Seçilsəm, ilk səfərimi ölkənin əyalətlərinə edəcəm. Beynəlxalq səfərləri isə nəzərdən keçirmək lazımdır".
 
Qeyd edək ki, rəy sorğularına əsasən. Zelenski seçkilərdə 30% ilə liderlik edir. Ümumilikdə isə prezident seçkilərinin ikinci turunun keçiriləcəyi gözlənilir.