​Ukraynalı dənizçilərlə bağlı görünməmiş... - Zaxarova

Baxış sayı:
3256

Kerç boğazında saxlanılan ukraynalı dənizçilərlə bağlı Moskva görünməmiş addım atdı.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, ölkəsi həmin dənizçilərin sərbəst buraxılması üçün Dəniz Hüququ üzrə Beynəlxalq Tribunala və Ukraynanın Rusiya səfirliyinə nota göndərib:
“Rəsmi Kiyevdən gördüyümüz təcavüzkar siyasətə rəğmən Rusiya bir daha əlini uzadıb təcavüzkar ritorikadan konstruktiv dialoqa keçilməsini istəmişdi”.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putindən ukraynalı dənizçilərin azadlığa buraxılmasını istəmişdi.