Uşağın cinsi orqanına toxunan yaşlı adamdan maraqlı özünümüdafiə - FOTO

Yeni Zelandiyada bir uşağın cinsi orqanına toxunduğu üçün məhkəməyə çıxarılan 79 yaşlı Çinli adam 670 dollar cərimə olunub.
Muxalifet.az xəbər verir ki, yaşlı adam uşaqların cinsi orqanına toxunmağın Çin mədəniyyətində bir sevgi ifadəsi olduğunu və Yeni Zelandiyada bunun cinayət olduğunu bilmədiyini söyləyərək uşağın ailəsindən üzr istəyib.
Yeni Zelandiya mətbuatında yer alan xəbərlərə görə, bir idman zalında baş verən hadisə zamanı yaşlı kişi gülümsəyərək atasının yanında duran və çılpaq olan uşağın cinsi orqanına toxunub. Bundan sonra adı açıqlanmayan ata yaşlı kişiyə xəbərdarlıq edərək polis çağırıb.
2009-cu ildə Yeni Zelandiyaya köçən çinli kişi polisə verdiyi ifadədə uşağı çox darıxdığı nəvəsinə bənzətdiyini və etdiyi hərəkətin uşaqlara məhəbbət göstərməyin bir yolu olduğunu bildirib.