Vatikanda fövqəladə “uşaqlara cinsi təcavüz” zirvəsi!

Baxış sayı:
6247

 Katolik dünyasını silkələyən minlərlə keşişə qarşı cinsi istismar ittihamlarından sonra Vatikanda fövqəladə zirvə hazırlığı görülür.
 
Katolik Kilsəsinin müasir zamanlarda üzləşdiyi ən böyük böhranlardan biri olan uşaqlara qarşı cinsi istismar qalmaqalları ilə mübarizə məqsədli Vatikanda fövqəladə bir zirvə hazırlığı aparılır.
 
İlk dəfə belə bir toplantı keçiriləcək
 
 Bəzi Vatikan mütəxəssislərinin Katolik Kilsəsi üçün Protestant islahatından bu yana ən ciddi böhran kimi qiymətləndirdiyi uşaqlara qarşı cinsi istismar qalmaqalları ilk dəfə belə bir zirvə görüşündə müzakirə olunacaq.
Uşaq təcavüzkarlarına və onları qoruyanlara "sıfır tolerantlıq" sözü verən Papa Francesco-nun tələbilə 21-24 fevral arasında Vatikanda keçiriləcək, "Kilsədə Uşaqların Qorunması" zirvəsinə dünyanın hər yerindən hakimiyyət pilləsindəki Katolik Kilsəsi nümayəndələri iştirak edəcək.
 
190 min dini vəzifəli iştirak edəcək
 
Təxminən 190 min dini vəzifəlinin qatılması gözlənilən sammitdə, uşaq təcavüzlərinə qarşı "məsuliyyət, hesabatlılıq və şəffaflıq" prinsipləri müzakirə olunacaq.
Görüş öncəsi hazırlıq mərhələsində, müxtəlif ölkələrdən din xadimləri təcavüz qurbanları ilə görüşlər keçirib. Sammit əsnasında da iştirakçıların bəzi təcavüz qurbanlarının ifadələrinin yer aldığı video materialların nümayiş olunması planlaşdırılır.
 
Qorxmadan gerçəklə üzləşməliyik
 
 Vatikan Mətbuat Ofisinin direktoru Alessandro Gisotti də sabah başlayacaq sammitlə əlaqədar olaraq," Bu əjdahanı yox etmək istəyiriksə, onunla qorxmadan üzləşməliyik" deyib.
Müxalifət.az