Venesuelada sahibkarların təyyarəsi düşdü, 9 nəfər öldü
21-12-2019 00:19
Baxış sayı:
2628

Venesuelada sərnişin təyyarəsi qəzaya uğrayıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Karakas hava limanının 8 kilometrliyində baş vermiş qəzada 9 nəfər ölüb. Onlar Bolivardan ölkənin cənubuna uçurmuşlar. Ölkə prokurorluğu ölənlərin yaxınlarına başsağlığı verib və qəzanın dəqiq səbəblərinin araşdırıldığını bildirib. Qeyd edək ki, təyyarədəkilər iş görüşünə gedən sahibkarlar olub.