Venesueladan ABŞ kuklası Guaidoya ağır zərbə

Baxış sayı:
9196

 Venesuelada özünü müvəqqəti prezident elan edən ABŞ-ın kuklası Xuan Guiado 15 il ərzində dövlət vəzifəsindən məhrum edilib.
 
Hökumət müvəkkili Elvis Amoroso dövlət televiziyası vasitəsilə verdiyi açıqlamada, "Hər hansı bir dövlət idarəsinin bir vəzifəsində vətəndaş Xuan Guaidonun qanunda müəyyən edilən müddət ərzində diskvalifikasiya edilməsi qərarı alınmışdır" deyə bildirib.
Amoroso Guaidonun Milli Məclis sədri kimi göndərilmədiyi halda 91 səyahət etdiyini və bunun üçün 570 milyon Bolivar xərclədiyini, bu göstəricini əmək haqqısı ilə ödəməsinin qeyri-mümkün olduğunu bildirib.
Hökumət rəsmisi Milli Məclis sədrinin 248 gün xaricdə olduğunu xatırladaraq "Bildirişində faktları təhrif etdiyi və bəyannamədə qeyd edilməyən beynəlxalq təşkilatlardan pul aldığı təxmin edilir" - deyib.
Amoroso həmçinin, Guaidonu dövlət funksiyalarını qəsb etməklə günahlandırarkən, Venesuela xalqına və milli irsə zərər verən xarici hökumətlərlə hərəkət etdiyini söyləyib.
Səlahiyyətli hökumətin korrupsiya iddialarını araşdırmağa davam edəcəyini bildirərək Guaido üçün Gömrük və Vergi Dairəsi Xidmətindən (Seniat) “müvəqqəti prezidentin” qaldığı otellər üçün yoxlama tələb olunduğunu açıqlayıb.
Müxalifət.az