"Venesuelaya qarşı güc işlədilməsinə yüksək səslə qarşı çıxın" - RUSİYADAN KRİTİK ÇAĞIRIŞ

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassiliy Nebenzia Latın Amerika ölkələrinə qonşuları Venesuelaya hərbi müdaxilə edilməsinə qarşı çıxmaları haqda çağırış edib.
“Bölgədəki bütün ölkələrə, siyasi əlaqələri nə olursa olsun, qonşuları Venesuelaya qarşı güc işlədilməsinə yüksək səslə qarşı çıxmaları çağırışı edirik”, - deyən Vassiliy Nebenzia venesuelanın suverenliyinə hörmət edilməsinin lazım olduğunu bildirib. O, venesuelalılar ərzaq və dərman ala bilməsi üçün bu ölkəyə qarşı embarqoların qaldırılması lazım olduğunu ifadə edib.
Nebenzia ABŞ və İngiltərəni isə Venesuela xalqına aid 30 milyard dollarlıq neft və qızıl mənfəətinə əl qoymaqla günahlandırıb.
Venesuela xarici işlər naziri Jorge Arreaza da ABŞ-ın dövlət başçısı Nikola Maduroya qarşı dövlət çevrilişi cəhdinin uğursuz olduğunu bildirərək “Şənbə günü baş verənlər çevrilişin son hissəsi idi, sözlərimə diqqət edin, uğursuz oldu”, - deyə söyləyib.
Arreaza ABŞ-ı Latın Amerikada sülh və təhlükəsizliyi təhdid etməkdə günahlandıraraq, “BMT Təhlükəsizlik Şurası ölkəmə qarşı hərbi müdaxiləyə qarşı çıxa bilərmi? ABŞ-ın müharibə səylərini dayandıra bilərmi”, - deyib.
Müxalifət.az