Vilayət Eyvazov videosu yayılan o polisi İŞDƏN QOVDU
30-08-2019 10:51
Baxış sayı:
7699

Sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb.
Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev "Report"un sorğusuna cavab olaraq bildirib ki, yol verdiyi qəbahətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.