“Vəkil Orxan Kəngərlinin şikayəti əsasında araşdırma aparılır” – Prokurorluq

Baxış sayı:
12331

“Vəkil Orxan Kəngərlinin polis şöbəsində təzyiqə məruz qalması barədə etdiyi müraciətlə bağlı araşdırma aparılır”. Bu barədə “Report”a Binəqədi Rayon Prokurorluğundan bildirilib. Prokurorluqdan əlavə ediblər ki, araşdırma yekunlaşdıqdan sonra nəticəsi barədə məlumat veriləcək. Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yayılıb. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunduğunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyi açıqlanıb. Vəkil Orxan Kəngərli isə “Report”a deyib ki, barəsində inzibati protokol tərtib olunması barədə məlumatı yoxdur və bununla bağlı məhkəmə prosesi keçirilməyib.